UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) 132 magistrantına dissertasiya işlərinin hazırlanmasında rəhbərlik edən 13 ölkənin 37 fərqli universitetindən olan professor-müəllim heyəti ilə görüş keçirilib.
Görüşdə BMDM-in proqram rəhbərləri tərəfindən əcnəbi elmi rəhbərlərə dissertasiya işinin yazılması qaydaları barədə məlumat verilib və onların sualları cavablandırılıb.
Qeyd edək ki, əcnəbi professor-müəllim heyətinin magistrantlara elmi rəhbərliyə cəlb olunmasının məqsədi akademik beynəlxalq əlaqələrin gücləndirilməsi, magistr dissertasiya işlərinin keyfiyyətinin yüksəldilməsi, aktual mövzular ətrafında elmi tədqiqatların aparılmasıdır.