UNEC-də təhsil almaq istəyən abituriyentlərin ixtisas seçiminə köməklik göstərilməsi məqsədilə Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal könüllü tələbələrindən ibarət “UNEC Abituriyentlərin İxtisas Seçiminə Dəstək Mərkəzi” 11–19 avqust tarixlərində fəaliyyət göstərəcəkdir.

Abituriyentlər ixtisas seçimi zamanı diqqət yetirilməli vacib məqamlar, eləcə də UNEC-də kadr hazırlığı aparılan bütün ixtisaslar haqqında ətraflı məlumat almaq üçün Mərkəzə müraciət edə bilərlər.

Xatırladaq ki, I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi 11–19 avqust tarixlərində həyata keçiriləcəkdir.

QEYD 1: Mərkəz həftə içi hər gün UNEC-in III tədris binasında (Nizami korpusu) saat 10:00-dan 17:00-dək, onlayn formada isə hər gün (hətta qeyri-iş günlərində də) abituriyentlərə xidmət göstərəcəkdir.

QEYD 2: Mərkəzin xidmətləri ödənişsiz əsaslarla həyata keçirilir.

 Əlaqə vasitələri:

Ümumi: +994 55 997 28 99 (Həsən bəy)

Türk bölməsi: +994 50 879 88 66 (Kamran bəy)

Rus bölməsi: +994 50 740 90 83 (Zümrüd xanım)

İngilis bölməsi: +994 55 335 80 48 (Aydan xanım)

Azərbaycan bölməsi: +994 70 339 21 99 (Aqşin bəy)

Dizayn ixtisası (V qrup): +994 70 725 08 86 (Zeynəb xanım) 

TOP XƏBƏRLƏR