Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin tələbələri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən həyata keçirilən “Əmək Bazarına Hazırlıq İndeksi” layihəsi çərçivəsində imtahan veriblər.
Təhsilalanların əmək bazarında rəqabət qabiliyyətinə təsir edən fərdi göstəriciləri ölçmək, səriştələrarası balansı qiymətləndirmək, onların fərdi inkişafına yönəlik sistemli yanaşmanı formalaşdırmaq məqsədilə keçirilən imtahanda tələbələrin yumşaq bacarıqlar (soft skills), rəqəmsal savadlılıq və xarici dil üzrə biliklərinin qiymətləndirilməsi aparılıb. Tələbələr obyektivlik şəraitində öz biliklərini nümayiş etdiriblər.
İmtahan UNEC-in Əsas tədris binasındakı imtahan zalında keçirilib