UNEC-in bakalavr, magistr və doktorantları Türkiyənin Niğde Ömer Halisdemir Universitetində yaz semestrində mübadilədə iştirak edə bilərlər. Mübadilə universitetlərarası əməkdaşlıq müqaviləsi əsasında həyata keiriləcək.

Mübadilədə iştirak etmək istəyənlər aşağıdakı tələblərə cavab verməlidir:

  • Minimum orta bal tələb olunan səviyyədə olmalı (bakalavr 75, magistr 80);
  • Tələbənin akademik borcu olmamalı;
  • Tələbənin təhsil haqqı borcu olmamalı;
  • Tələbənin inzibati tənbehi olmamalı.

Tələb olunan sənədlər:

  • Dekan tərəfindən imzalanmış və möhürlənmiş ümumi orta müvəffəqiyyət balı (ÜOMG) göstərilməklə transkript;
  • Təhsil haqqı borcunun olmaması haqqında arayış;
  • Tədris razılığı;
  • Məlumat paketi (CV, pasport)

Mübadilədə iştirak xərclərini iştirakçı özü qarşılayacq.

Tələb olunan sənədlər 11 yanvar 2019-cu il tarixinədək UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinə (UNEC-in əsas tədris binası, İstiqlaliyyət küçəsi 6) təqdim edilməlidir.

Əlaqələndirici şəxs: Pərvin Paşayeva

Əlaqə: +994 12 492 60 45

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay