A

Aprelin 27-də UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin “ISE Economic Talks” layihəsinin növbəti müzakirəsi keçiriləcək.

UNEC-in iqtisadi platformasında bu dəfə də gündəmin ən çox müzakirə mövzularından olan “Post-neft dövrünün iqtisadi inkişaf perspektivləri” mövzusu müzakirə ediləcək. Mövzu barədə Beynəlxalq İqtisadiyyat kafedrasının dosenti, rektorun müşaviri Elşən Bağırzadə çıxış edəcək. “ISE Economic Talks”ın növbəti görüşü UNEC-in əsas tədris binasında yerləşən Karyera Mərkəzində (otaq 200), saat 13:30-da keçiriləcək. Müzakirəyə qatılmaq istəyənlər Facebook səhifəsində qeydiyyatdan keçə bilərlər.

Layihənin məqsədi UNEC-in müəllim, tədqiqatçı və tələbələrini vahid iqtisadi platformada toplamaq və onların müzakirələrini təşkil etməkdir. “ISE Economic Talks”da qlobal iqtisadiyyatın, eləcə də ölkənın ən aktual iqtisadi mövzu və problemləri müzakirə edilir. Eyni zamanda, dünya bestselleri olan iqtisadi kitabların “Müzakirə günü”nün təşkili də nəzərdə tutulub.

Ayda iki dəfə təşkil olunan müzakirələrin mövzuları səsvermə yolu ilə müəyyən edilir. Təkliflərə əsasən, yeni müzakirə istiqamətləri müəyyənləşdirilir. Müzakirələr həmçinin UNEC-in virtual iqtisadi forumu Diskurs.az-da da yayımlanır.

“ISE Economic Talks” layihəsinin rəhbəri UNEC-in “Beynəlxalq İqtisadiyyat”  kafedrasının müəllimi  Təhmasib Əlizadədir.

 

DİGƏR XƏBƏRLƏR

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR