A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin “ISE Economic Talks” layihəsində növbəti müzakirə keçirilib.

UNEC-in tələbələrin populyar iqtisadi platforması olan “ISE Economic Talks”da “İnnovasiya fəaliyyətləri və Qlobal Dəyər Zəncirində iştirak vasitəsilə qlobal əlaqələrin genişləndirilməsi” mövzusu müzakirəyə çıxarılıb. Mövzu barədə “ISE Economic Talks” layihəsinin rəhbəri, “Beynəlxalq İqtisadiyyat” (ingilisdilli) kafedrasının müəllimi Təhmasib Əlizadə çıxış edib. O, son illər dünyada, xüsusilə də OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələrində əmək məhsuldarlığında müşahidə olunan enişi təhlil edib. Eyni zamanda, ölkələrin buna qarşı tətbiq etdikləri yeni siyasət, innovasiya fəaliyyətləri, Qlobal Dəyər Zəncirində iştirakını açıqlayıb. Müzakirədə bu fəaliyyətlərin real nəticələr əldə edə bilməsi üçün mühüm olan Araşdırma və İnkişaf (A&İ) istiqamətləri, azad ticarətin genişləndirilməsi, birbaşa xarici invesitisiyaların artırılması və digər məsələlər istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, T.Əlizadə Almaniyanın Bayreuth Universitetindən olan həmkarı Alı Adigözəl ilə birlikdə aparıdığı “İnnovasiya fəaliyyətləri və Qlobal Dəyər Zəncirində iştirak vasitəsilə qlobal əlaqələrin genişləndirilməsi” tədqiqatını aprel ayında Rusiyanın Ali İqtisadiyyat Məktəbində keçirilən 19-cu “İqtisadi və Sosial İnkişaf üzrə Beynəlxalq Akademik” konfransında təqdim edib.

DİGƏR XƏBƏRLƏR

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR