A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təsis etdiyi “UNEC Ekspert” jurnalının ilk buraxılışı oxucularına təqdim edilib. Azərbaycanın post-neft iqtisadiyyatının formalaşdırılması istiqamətində qarşıya qoyulan tapşırıqlar birmənalı olaraq, ölkə iqtisadçıları qarşısında ciddi vəzifələr qoyur. Bu məsələni nəzərə alaraq təsis edilən “UNEC Ekspert” jurnalının missiyası iqtisadçi alimlərin və ekspertlərin ən aktual iqtisadi məsələlərə dair fikirləri dərc edərək geniş ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Nəfis tərtibatda işıq üzü görən və eksklüziv məqalələrlə zənginləşdirilən jurnalda dünyada və ölkədə baş verən aktual iqtisadi proseslərin ekspert icmalları yer alıb. “UNEC Ekspert” jurnalının oxucuları iqtisadiyyatın və biznesin aktual məsələlərinə dair ölkənin aparıcı iqtisadçı alimlərinin münasibətini öyrənəcək, irəli sürülən təkliflərlə yaxından tanış olacaqlar.

Unikal intellektual meydana çevrilməyi hədəfləyən jurnalın hər sayı UNEC-in “Diskurs.az” virtual iqtisadi forumunda ictimaiyyətin müzakirəsinə çıxarılacaq.

DİGƏR XƏBƏRLƏR

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR