A

Abituriyentlər arasında sevilən və populyar olan “UNEC-də bir gün” layihəsi uğurla davam edir.

Layihənin bu dəfəki iştirakçıları Hədəf liseyi Abşeron filialı və Hədəf kursları Masazır filialının 11-ci sinif şagirdləri olub.

Abituriyentlər UNEC-in 24/7 kitabxanası, oxu zalı, Bloomberg laboratoriyası, tələbə yeməkxanası, akt və imtahan zalları, auditoriyalarla tanış olublar. Sonra onlara UNEC-in ixtisasları, beynəlxalq əlaqələri, UDİD, Minor proqramları, xüsusi təqaüd imkanları, tədris binaları, imtahan sessiyasının təşkili, keçid balları barədə ətraflı məlumat verilib, sualları cavablandırılıb.

Abituriyentlər UNEC-dən xoş təəssüratlarla ayrılıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay