A

UNEC-də Tələbə-rektor və tələbə təşkilatlarına sədr seçkilərinə start verilir.

Seçkidə aşağıda qeyd olunan tələbə təşkilatları  iştirak edəcək:

  • Tələbə-rektor
  • Tələbə Elmi Cəmiyyəti
  • İqtisadçı Vətənpərvərlər Təşkilatı
  • UNEC Könüllüləri Təşkilatı
  • Rəqəmsal Könüllülər Təşkilatı
  • UNEC Future Club
  • Cross-Cultural Club (“Beynəlxalq mədəniyyət klubu”)

Namizədlər üçün tələblər

Müəyyən olunmuş tələblərə cavab verən tələbələr 26 aprel - 06 may   tarixləri arasında namizədlik üçün elektron qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat linki

Qeydiyyatdan keçmiş namizədlər bacarıqlarının qiymətləndirilməsi məqsədilə 8 may – 10 may tarixlərində ”Gənc İdarəçilər” imtahan-müsabiqəsində iştirak edəcəklər.

İmtahandan uğurla keçən namizədlərin 13 may – 23 may tarixlərində təbliğat-təşviqat kampaniyası keçiriləcək. Təbliğat kampaniyası üçün UNEC Radio, rəsmi sosial şəbəkələr və UNEC-in tədris binalarında yerləşən elan lövhələri açıq elan  olunacaq.

Seçkilər 24 may, saat 08:00-18:00-dək tələbələrin şəxsi kabinetlərində onlayn səsvermə ilə təşkil olunacaq. Səsvermə prosesi UNEC-in rəsmi Youtube kanalında canlı yayımlanacaq.

Əlavə məlumat üçün:  +994 50 858 03 37

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay