A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Fəxri xiyabana gələrək, Ulu Öndərin məzarını ziyarət ediblər. UNEC kollektivi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyub, gül dəstələri düzüblər.Tədbirlər çərçivəsində UNEC və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları” mövzusunda sərgi-konfrans keçirilib. Sərgidə Heydər Əliyevin Milli Kitabxanaya hədiyyə etdiyi kitablar nümayiş etdirilib. UNEC rektoru, professor Ədalət Muradov sərgi-konfransda Heydər Əliyevin ideyaları sırasında milli mədəniyyətin ayrılmaz hissəsi olan kitabxanaların inkişafının xüsusi əhəmiyyətindən danışıb. Azərbaycan Milli Kitabxanasının direktoru, professor K.Tahirov Ulu Öndərlə bağlı xatirələrini bölüşüb, Azərbaycan mədəniyyətinin inkişafında və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasında dahi şəxsiyyətin böyük diqqət və qayğısından bəhs edib.Sosial siyasətə həsr olunan elmi sessiyada isə rektor, professor Ədalət Muradov bildirib ki, tədbirin əsas məqsədi Ulu Öndərin yaratdığı Azərbaycanın sosial siyasətinə elmi baxış keçirməkdir. Rektor elmi-tədqiqat yönümlü instituta çevrilməkdə iddialı olan UNEC-in Ulu öndərin sosial siyasətini yenidən tədqiq edərək, bu sahəyə öz töhfələrini verəcəyini də sessiyada vurğulayıb. Tədbirdə çıxış edən Milli Məclisin Əmək və Sosial Siyasət Komissiyasının sədri Hadı Rəcəbli Ulu Öndərin əsasını qoyduğu sosial siyasətin Azərbaycan modelindən danışıb. Bazar iqtisadiyyatına keçidlə bağlı sosial siyasətin formalaşmasını dövlətin kompleks inkişafının tərkib hissəsi kimi təhlil edib.Ulu öndərin anadan olmasının 93-cü ildönümü ilə bağlı UNEC-in bütün fakültələrində professor-müəllim heyətinin, eləcə də gənc tədqiqatçılar, tələbə və magistrlərin iştirakı ilə konfranslar, elmi seminarlar, dəyirmi masalar təşkil edilib. Tədbirlərdə Ulu Öndərin Azərbaycan iqtisadiyyatındakı rolundan, respublikaya rəhbərlik etdiyi dövrdə əldə olunan uğurlardan danışılıb, böyük siyasi xadimin demokratik və hüquqi dövlət quruculuğu yolunda həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasətdən söz açılıb.UNEC-in müəllim və tələbələri Ulu Öndərin 93-cü ildönümünə həsr olunan sosial aksiyalarda da fəal iştirak ediblər. Müəllim və tələbələr arasında şahmat turnirləri keçirilib, eləcə də intellektual yarışlar təşkil olunub.Texnologiya və dizayn fakültəsinin “Heydər Əliyev və Azərbaycanın müasir inkişafı” mövzusunda keçirdiyi rəsm müsabiqəsində tələbələrin əl işlərindən ibarət maraqlı əsərlər nümayiş etdirilib.Tədbirlər sırasında Maliyyə və mühasibat fakültəsi ilə Marketinq və Kommunikasiya Departamentinin birgə təşkilatçlılğı ilə keçiriliən “Oxu saatı” layihəsi maraqla qarşılanıb. Universitetin müəllim və tələbələri birgə mütaliə ediblər, oxuduqları kitablar haqqında fikirlərini bölüşüblər. Layihənin məqsədi tələbələrin mütaliəyə diqqətini artırmaq, müəllimlərlə birgə oxu vərdişlərini inkişaf etdirmək, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsi olub.Bundan başqa, İqtisadiyyat və sənaye fakültəsi ilə Tələbə Gənclər Təşkilatı birgə videoçarx hazırlayıblar. “Biz onun davamçılarıyıq” adlı videoçarxda müəllim və tələbələr Ulu Öndərin Azərbaycana verdiyi töhfələrdən danışıblar.

Radio UNEC-də  “Heydər ömrü, “Dahi şəxsiyyət”, “Uca zirvə” adlı radio-film səsləndirilib.Universitetin əsas tədris binasında yerləşən monitorlarda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən filmlər nümayiş etdirilib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR