A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Şahin Bayramov ABŞ-ın Kornell Universitetində (Cornell University) keçirilən 2016-cı il III Beynəlmiləlləşmə Simpoziumunda (3rd Internationalization Symposium 2016) iştirak edib. Simpozium “Qlobal fəaliyyətə cəlb olunmuş kampus: harada olduğumuzun müəyyən edilməsi” (The Globally-Engaged Campus: Defining and Redefining Where We Are) mövzusuna həsr olunub.

Ş.Bayramov simpoziumda müzakirə olunan məsələlərlə bağlı fikir mübadiləsi aparıb. UNEC-in tələbə-müəllim mübadiləsi, ikili diplom proqramları və digər beynəlxalq fəaliyyətlər sahəsində təcrübəsi barədə tədbir iştirakçılarına məlumat verib.Ali təhsilin beynəlmiləlləşməsi üzrə ekspertlərin qatıldığı tədbirdə “Qlobal Kornell Təşəbbüsü” (Global Cornell Initiative), kampusların qlobal fəaliyyətə cəlb olunması təcrübəsi, təhsil aldıqları müddətdə tələbələrin ən azı bir dəfə başqa ölkəyə göndərilməsinin vacibliyi, kampusların xarici tələbələr və müəllimlər üçün təklif etməli olduğu imkanlar müzakirə olunub. Eləcə də xarici dillərin tədrisi sahəsində tətbiq edilən yeni modellər, mədəniyyətlərarası dialoqun qlobal bilik və bacarıqlara malik mütəxəssis hazırlanmasında əhəmiyyəti, kurrikulumlara daha çox beynəlxalq komponentlərin daxil edilməsi zəruriliyi məsələlərindən danışılıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR