A

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar ali məktəb tələbələrinin bədii-yaradıcılıq festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Tədbir Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev tələbələr arasında keçirilən belə bədii-yaradıcılıq festivallarının əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, gənclər siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biridir. Bu gün gənclərimiz dövlət başçısının yüksək diqqət və qayğısı ilə əhatələniblər.Təhsil nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən, Ümummilli Liderin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirib, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verib, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Belə bədii-yaradıcılıq festivallarının keçirilməsi məhz Ulu Öndərin əsasını qoyduğu siyasətin nəticəsidir.Sonra qaliblər mükafatlandırılıb. Azərbaycan bəstəkarlarının əsərləri üzrə vokal nominasıyasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Aslan Əzimzadə I yerə layiq görülüb. UNEC-in Yaradıcılıq Mərkəzinin  rəqs ansamblı isə müasir rəqs nominasiyası üzrə II yerlə mükafatlandırılıb.Qaliblərə diplom və hədiyyə təqdim edilib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR