A

İyun ayının 11-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti “Açıq qapı” günü keçirilib.

“UNEC İctimai Nəzarət Şurası”nın üzvlərinin də iştirak etdiyi tədbirə qatılan tələbələr, valideynlər və ictimaiyyət nümayəndələri yay imtahan sessiyası ilə bağlı müraciətlərini universitet rektoru, professor Ədalət Muradova çatdırıblar.Müraciətlər daha çox imtahan sessiyası, xüsusən də imtahan nəticələrindən güzəştlərin edilməsi, imtahanların təşkili qaydalarının pozulması, cavabların yenidən yoxlanılmasının təşkil edilməsi, təhsil haqlarının ödənilməsində möhlət hüququnun əldə edilməsi və digər məsələlərlə bağlı olub. UNEC-in nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri də imtahan sessiyasında qarşılaşdıqları çətinlikləri rektora çatdırıblar.Ə.Muradov müraciətlərin operativ araşdırılaraq, tədbirlərin görülməsi məqsədilə tapşırıqlarını verib.Rektor bildirib ki, imtahan sessiyasında tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi, şəffaflığın qorunması üçün bütün lazımi tədbirlər görüləcək.

Ümumilikdə “Açıq qapı” günündə 50-dən çox müraciətə baxılıb.

Qeyd edək ki, “Açıq qapı” günləri imtahan sessiyasının sonuna kimi davam edəcək. Görüşlər hər həftənin şənbə günü keçiriləcək. Növbəti “Açıq qapı” iyun ayının 18-i, 25-i və iyul ayının 2-də olacaq.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR