A

Vətən yolunda canından keçən çəhidlərimizdən biri də UNEC məzunu Tural Dadaşovdur.

Tural Sabir oğlu Dadaşov 24 avqust 1993-cü ildə Bakıda anadan olub. Nizami rayon 210 saylı orta məktəbi bitirib. 2011-ci ildə 472 balla UNEC-ə qəbul olunub. 2015-ci ildə UNEC-in Kommersiya fakültəsindən məzun olaraq, hərbi xidmətə yollanıb.

2016-cı ilin aprel hadisələrində, hərbi xidmətini başa vurmasına iki ay qalmış Tərtər rayonunda gedən döyüşlərdə şəhid olub. Şəhidin meyiti aprelin 8-də döyüş meydanında aşkarlanıb. Bakıya gətirilərək, aprelin 9-da Suraxanı məzarlığında dəfn edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay