A

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı UNEC-in Strateji Planı” çərçivəsində İqtisadiyyat fakültəsində “1 müəllim-1 tələbə” adlı yeni layihəyə start verilir.

UNEC-in gənc müəllimi, “İqtisadçı” Tələbə Elmi Dərnəyinin rəhbəri Zeynəb Qiyasovanın təşəbbüsü ilə reallaşan layihə çərçivəsində bir müəllim ilə bir tələbənin təqdimatında debatlar təşkil olunacaq. Debatların məqsədi tələbələr arasında Strateji Yol Xəritələrinin əsas istiqamətlərinin öyrənilməsini və müzakirəsini təşkil etməkdir.

İlk debat “İnsan kapitalının inkişafı: Təhsil ölkəmizin sosial problemidir, yoxsa iqtisadi?” mövzusunda olacaq.

Debatda həmçinin “İqtisadiyyatın tənzimlənməsi” fənni üzrə test sualları ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılacaq.

Debatlarda UNEC-in bütün tələbələri iştirak edə bilər.

Debat aprelin 27-də, saat 12.00-da UNEC-in II tədris binasında, 202 saylı otaqda keçiriləcək. İştirak etmək istəyənlər “İqtisadiyyatın tənzimlənməsi” kafedrasına müraciət edə bilərlər.

Telefon: 012 564 37 06

E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

TOP XƏBƏRLƏR