A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin tələbələri “UNEC-də 1 gün” layihəsində iştirak ediblər.

Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı Səmayə Şirinova kollecin tələbərinə universitet haqqında məlumat veriblər.

Onlara universitetin fakültələri, ixtisaslar, əyani və qiyabi təhsil, filiallar, UNEC-də tətbiq edilən təhsilin idarəetmə sistemi, tədris prosesinin və imtahanların təşkili, xüsusi təqaüd imkanları, mübadilə, ikili diplom, UDİD və MİNOR proqramları, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, tələbə təşkilatları, Yaradıcılıq Mərkəzi, İdman klubu və s. haqqında danışıblar.

Onlar UNEC-in 24/7 kitabxanası, oxu zalı, auditoriyalarla tanış olublar.

Səfər çərçivəsində kollecin tələbələrini maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR