Türkiyənin nüfuzlu Hacettepe Universitetində Erasmus+ mübadilə proqramı çərçivəsində qəbul elan olunur.
Proqramda bakalavriatura və magistratura pillələrində təhsil alan UNEC tələbələri iştirak edə bilərlər:
Müraciət üçün əsas şərtlər:
- Tələbənin ümumi orta balı (ÜOMG) 91-dən yuxarı olmalı;
- İngilis dili/türk dili) B1/B2 səviyyəsində olmalı;
- Bakalavr pilləsi üzrə 2, 3 və ya 4-cü kurs tələbəsi olmalı;
- Magistr pilləsi üzrə 2-ci kurs tələbəsi olmalı.
Müraciət üçün son tarix: 14 noyabr 2022-ci il
Tələb olunan sənədlər:
- ƏRİZƏ
- Transkript (bütün semestrlər üzrə)
- CV (ingilis dilində)
- Xarici pasport (ilkin müraciət zamanı şəxsiyyət vəsiqəsi də keçərlidir)
- "Niyət məktubu (ingilis dilində)"
Müvafiq dil sertifikatı (IELTS, TOEFL, TÖMER və ya müvafiq fakültələrdə ingilis/türk dilində təhsil aldığını göstərən sənəd).
Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaqdır). Elektron məktubu göndərərkən başlıq hissəsində universitetin adını qeyd etməyiniz xahiş olunur.