3-4 oktyabr 2024-cü il tarixlərində UNEC-də "Yaşıl iqtisadiyyat: elm, təhsil, texnologiya və innovasiya” mövzusunda I Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Konfrans “Yaşıl iqtisadiyyat: elm, təhsil, texnologiya və innovasiya” mövzusunda professor-müəllim heyətini, təhsilalanları elmi-tədqiqatların aparılmasına təşviq etmək, eyni zamanda cəmiyyətin ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsinə və ekoloji mədəniyyətin inkişafına dəstək olmaq məqsədilə təşkil edilir.
Məqalələrin qəbulu üçün son tarix: 15 sentyabr 2024-cü ildir.