A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Kitab müzakirələri” adlı silsilə tədbirlər davam edir.

Növbəti tədbir “Mühəndislik və tətbiqi elmlər” kafedrasının təşkilatçılığı, UNEC Kitabxama İnformasiya Mərkəzinin dəstəyi ilə “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti Ramil Sadıqovun təqdimatında Şahin Əhmədov və Ramil Sadıqovun həmmüəllifiyi ilə ərsəyə gələn “Tətbiqi ekologiya” kitabının müzakirəsinə həsr olunacaq.

Müəllim və tələbələr kitab təqdimatına dəvətlidirlər.

Təqdimat 29 oktyabr, saat 12:00-da, UNEC-in 3 saylı tədris binasının, Kiçik akt zalında olacaq.

TOP XƏBƏRLƏR