1975-2022-ci illərdə UNEC-in Web of Science institutsional profilində 592 elmi əsər vardır. Bu elmi əsərlərə verilən ümumi istinadların sayı 1647 (1378) özünə istinadların sayı 269, H-index isə 19 təşkil etmişdir. İllər üzrə bu göstəricilər aşağıdakı kimi olmuşdur:
2016-cı il- 8 elmi əsər-10 istinad
2017-ci il- 18 elmi əsər-11 istinad
2018-ci il- 44 elmi əsər- 39 istinad
2019-cu il- 213 elmi əsər- 125 istinad
2020-ci il- 111 elmi əsər- 359 istinad
2021-ci il- 95 elmi əsər- 820 istinad
2022-ci il- 0 elmi əsər- 15 istinad
Yuxarıda qeyd olunan göstəricilərdən aydın olur ki, elmi əsərlərin 82.6%-i və ümumi istinad sayının 83.7%-i məhz 2016-2022-ci illərin payına düşür.
UNEC-in institutsional Web of Science profili üzrə ən yüksək istinad göstəricisi olan elmi əsərlər:
- Mikayılov Ceyhun The impact of economic growth on CO2 emissions in Azerbaijan- cəmi istinad sayı-131, nəşr ili 2018
- Hüseynov İsrafil Expansion of slater-type orbitals about a displaced center and the evaluation of multicenter electron-repulsion integrals- cəmi istinad sayı-88, nəşr ili 1985
- Mikayılov Ceyhun The impact of international trade on CO2 emissions in oil exporting countries: Territory vs consumption emissions accounting- cəmi istinad sayı-85, nəşr ili 2018
Elmi platformada indekslənən elmi əsərlərin 352-si elmi məqalə, 227-si elmi məruzə və 13-ü isə digər (early access, notes, review articles, book review, data papers, editorial materials) növdədir. UNEC tədqiqatçılarının ən çox iştirak etdiyi konfranslar:
- 37th internatıonal scıentıfıc conference on economıc and socıal development socıo economıc problems of sustaınable development-143 elmi məruzə, 2019-cu il
- 7th ınternatıonal conference on control and optımızatıon wıth ındustrıal applıcatıons COIA-16 elmi məruzə, 2020-ci il
- 6th ınternatıonal conference on control and optımızatıon wıth ındustrıal applıcatıons COIA-9 elmi məruzə, 2019-cu il
- Internatıonal conference on modern trends ın physıcs-8 elmi məruzə, 2019-cu il
592 elmi əsərin 550-si ingilis dilində, 40-ı rus dilində 2-si türk dilində nəşr olunmuşdur. Web of Science Index göstəricilərinə əsasən 215 elmi əsər Science Citation Index Expanded (SCI-EXPANDED), 155 elmi əsər Conference Proceedings Citation Index – Social Science & Humanities (CPCI-SSH), 121-I Emerging Sources Citation Index (ESCI), 74-ü Conference Proceedings Citation Index – Science (CPCI-S), 52-si Social Sciences Citation Index (SSCI), 7-si Arts & Humanities Citation Index (A&HCI), 1-i Index Chemicus (IC) kateqoriyalarına aiddir.
Bu istiqamətdə UNEC tədqiqatçıları Azərbaycanda və xaricdə fəaliyyət göstərən aşağıdakı akademik və ali təhsil müəssisələri ilə əməkdaşlıq etmişdir.
Yerli müəssisələr - 130-u AMEA, 59-u Bakı Dövlət Universiteti, 38-i AMEA Fizika İnstitutu, 35-i AMEA Nəzarət Sistemləri İnstitutu, 33-ü Bakı Mühəndislik Universiteti, 29-u AMEA Riyaziyyat İnstitutu, 16-sı AMEA Radiasiya İnstitutu, 15-i AMEA İqtisadiyyat İnstitutu, 14-ü Azərbaycan Neft Sənaye İnstitutu, 10-u Azərbaycan Texniki Universiteti, 10-u Azərbaycan Memarlıq İnşaat Universiteti, 10-u Xəzər Universiteti və s.
Xarici müəssisələr - 20-si King Abdulla Neft Tədqiqat Araşdırma Mərkəzi, 20-i Ukrayna Elm Təhsil Nazirliyi, 15-i Erciyes Universiteti, 15-i Rusiya Elmlər Akademiyası, 12-si Sumi Universiteti, 11-i RUHR Bochum Universiteti, 11-i Qrinviç Universiteti, 9-u Yıldız Texniki Universiteti, 9-u Corc Vaşinqton Universiteti, 9-u Harvard Universiteti, 8-i Tajikistan Milli Elmlər Akademiyası,7-si Belgorod Dövlət Universiteti, 7-si Pamir Yusufbəyov adına Pamir Bioloji İnstitutu, 6-sı Milli Nüvə Tədqiqat Mərkəzi, 6-sı Rusiya Dostluq Universiteti, 5-i Rusiya Milli Elmlər Akademiyası, 5-i Antalya Bilik Universiteti, 5-i Dumlupinar Universiteti, 5-i Kapadokiya Universiteti, 5-i ABŞ Texnoloji Standartlar Milli İnstitutu, 5-i Şimal-Şərq Universiteti və s
UNEC əməkdaşlarının 592 elmi əsəri Web of Science bazasında indekslənən 220 adda elmi nəşrdə dərc olunmuşdur. Elmi əsərlərin 62-si Springer Nature, 39-u Elsevier, 35-i Taylor & Francis, 27-si Mezhdunarodnaya Kniga, 26-sı MDPI, 19-u World Scientific və s. nəşriyyatlarına məxsusdur. UNEC tədqiqatçılarının elmi əsərlərinin ən çox nəşr olunduğu elmi jurnallar:
Q1-Q2 kvartilli “ACTA crystallographica sectıon E crystallographıc communıcatıons” jurnalı-2018-2021-ci illər arasında UNEC-ə mənsub olan 15 elmi əsər
“Advances ın ıntellıgent systems and computıng” - 2019-2020-ci illər arasında UNEC-ə mənsub olan 15 elmi əsər (2021-ci ildən etibarən nüfuzlu elmi nəşr platformasında indekslənməsi dayandırılmışdır)
Emerging Sources Citation Index kateqoriyalı “Marketıng and management of innovatıons” jurnalı- 2020-2021-ci illər arasında UNEC-ə mənsub olan 14 elmi əsər
Q3 kvartilli “Russıan physics journal” jurnalı - 2018-2021-ci illər arasında UNEC-ə mənsub olan 14 elmi əsər
Q2 kvartilli “Energies” jurnalı - 2017-2021-ci illər arasında UNEC-ə mənsub olan 9 elmi əsər
Ümumiyyətlə, elmi istiqamətlərə görə əsərlərin 223-ü biznes iqtisadiyyatına, 148-i dövlət idarəçiliyinə, 97-si fizikaya, 45-i materialşünaslığa, 42-si texnoloji elmlərinə, 41-i riyaziyyata, 35-i kompyuter elmlərinə, 33-ü ətraf mühit elmlərinə, 27-si avtomatik nəzarət sistemlərinə, 26-sı əməliyyatlar tədqiqat idarəetmə elminə, 25-i kristoloqrafiyaya, 23-ü mühəndisliyə, 22-si kimyaya, 14-ü yanacaq enerjisinə və s. aiddir.
Web of Science elmi platformasının bazasında indekslənən 592 elmi əsərin 55-i Türkiyə Respublikasının, 45-i Rusiya Federasiyasının, 34-ü Amerika Birləşmiş Ştatının, 25-i Ukrayna Respublikasının, 24-ü İtaliya Respublikasının, 20-si Səudiyyə Ərəbistanının, 19-u Böyük Britaniyanın, 16-sı Almaniya Federasiyasının, 11-i Çin Xalq Respublikasınının, 8-i Tacikistan Respublikasının, 7-si Polşa Respublikasının, 6-sı Çexiya Respublikasının, 4-ü Belarus Respublikasının, 4-ü Macarıstanın və s. tədqiqatçıları ilə həmmüəllifliklə yazılmışdır.
Məlumat 14.01.2022 ci ilin Web of Science elmi platformasının verilənlərinə əsasən tərtib olunub.