A

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin

 (NRYTN) Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabarov UNEC tələbələrinə seminar keçib.

Seminarda Elektron Hökumət Təlim-Tədris Mərkəzinin Seminarda informasiya texnologiyaları sahəsində karyera qurmaq istəyən UNEC tələbələri iştirak edib. Tələbələr "Elektron Hökumət”in infrastrukturu, onun əsas komponentləri, portalı, elektron xidmətlər və elektron imza barədə məlumatlandırılıb. Eyni zamanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həyata keçirdiyi digər layihə və yeniliklərlə tanış olublar.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR