A

UNEC Koqnitiv İqtisadiyyat Mərkəzinin tədqiqatçısı, Azrieli Mühəndislik Kollecinin Sənaye Mühəndisliyi və İdarəetmə Departamentinin (İzrail) professoru Dr. Pini Davidov vurğulayıb ki, müasir şəraitdə koqnitiv təhrif-düşüncə xətalarının yaranması insan beyninin tamamilə təbii reaksiyasıdır və burada bizim dövrün reallıqları təzahür edir ki, bu da beynimizdə psixi səs-küyün yaranmasına gətirib çıxarır. Məruzəçi həmçinin idrak təhriflərinin şüurumuzda hər cür düşüncənin nəzarətsiz axınının öhdəsindən gəlməyə qadir olan bir cəhd yanaşması olduğunu vurğulayıb.

Professor-müəllim heyəti tərəfindən böyük maraqla qarşılanan məruzə ətrafında geniş diskussiya aparılıb. Müzakirələrdə  gənc mütəxəssislərin ixtisas səviyyəsiin reallıqlara uyğunluğundan və ölkədə koqnitiv iqtisadiyyat istiqamətində yüksək ixtisaslı kadrların formalaşmasının zəruriliyindən danışılıb.

Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və UNEC Koqnitiv İqtisadiyyat Mərkəzinin təşkilatçılığı ilə keçirilən seminarı https://fb.watch/aOrlLgCCgA/  linkinə keçid etməklə izləyə bilərsiniz.

 

TOP XƏBƏRLƏR