Non-Erasmus ikili əməkdaşlıq çərçivəsində Polşanın Kozminski Universitetində mübadilə proqramına sənəd qəbulu elan olunur.

Mübadilə proqram çərçivəsində UNEC tələbələri 2024/2025-ci tədris ilinin payız semestrində xaricdə təhsillərini davam edə bilərlər. Mübadilə proqramının şərtlərinə əsasən, xarici universitetə təhsil haqqı ödənilmir. Tələbələr yalnız yol və yaşayış xərclərini qarşılayacaqlar. Namizədlərin seçimi ayrılmış yerlərin sayı (kvota) üzrə təqdim olunmuş sənədlər əsasında, müsabiqə yolu ilə aparılacaq.

Seçiləcək tələbə sayı: 4 nəfər

Təhsil pilləsi: bakalavriatura və ya magistratura üzrə təhsil alan tələbələr

Müddət: 2024/2025-ci tədris ilinin payız semestri

Əsas şərtlər:

  • Tələbələrin orta balı (ÜÖMG) – 81-dən yuxarı olmalı;
  • İngilis dilini sərbəst bilməli (B2);
  • Müvafiq dil sertifikatı üstünlükdür.

Tələb olunan sənədlər:

  • Akademik transkript
  • CV (ingilis dilində)
  • Pasport (mövcüd olmadığı halda şəxsiyyət vəsiqəsi)
  • Niyyət məktubu (ingilis dilində)

Proqram haqqında məlumat

Son müraciət tarixi: 15 aprel, 2024-cü il.

Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaqdır). Elektron məktubu göndərərkən başlıq hissəsində universitetin “Kozminski Universiteti” yazılması şərtdir.

TOP XƏBƏRLƏR