UNEC-in Ermənistan İqtisadiyyatını Araşdırma Mərkəzində (EİAM) vakansiya elan olunur.
Ermənistan İqtisadiyyatını Araşdırma Mərkəzinə üzvlərin seçimində erməni dilini bilən və ya digər dil biliklərinə malik olan namizədlərə, elmi dərəcəsi olanlara, Ermənistanla bağlı son beş ildə müəyyən araşdırmalar aparan şəxslərə üstünlük veriləcək.
EİAM-ə üzvlüklə bağlı müraciət etmək istəyən namizədlər CV-lərini (elmi əsərlərinin siyahısı, apardığı tədqiqatları, sertifikatları, iştirak etdikləri layihələri qeyd etməklə) 17 oktyabr 2019-cu il tarixinədək //e.mail.ru/compose/?mailto=mailto%This email address is being protected from spambots. You need JavaScript enabled to view it.">This email address is being protected from spambots. You need JavaScript enabled to view it. e-mail ünvanına göndərə bilərlər.
Əlaqə telefonu: (012) 492-72-98 (UNEC Elmi fəaliyyətin təşkili və idarə edilməsi Departamentinin Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi)
Qeyd: UNEC Elmi Şurasının 24 noyabr 2017-ci il tarixli iclasının 155 saylı qərarı ilə UNEC-də Ermənistan İqtisadiyyatını Araşdırma Mərkəzi yaradılıb. Mərkəzə Türkiyənin Erciyes Universitetinin Ermənişünaslıq bölümünün müdiri, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Erciyes (Türkiyə, Kayseri) Universitetinin professoru Qafar Mehdiyev rəhbərlik edir.