“Enactus UNEC” komandası Təlim və İnkişaf üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
- Təlim və inkişaf proqramının işlənib hazırlanması və genişləndirilməsi;
- Daxili və xarici təlimlərin təşkili;
- Regionlarda təlimlərin təşkili.
Namizədə olan tələblər:
- I, II və ya III kurs tələbələri;
- Ofis proqramlarında orta və daha yüksək səviyyədə işləmə bacarığı;
- Təşəbbüskar və yeni ideyaları təklif etmə bacarığı;
- Gələcək karyerasını İnsan Resursları sahəsində davam etdirmək istəyən gənclər.
CV-lərinizi This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ünvanına göndərə bilərsiniz. Mövzu hissəsində "Təlim və inkişaf" yazmağı unutmayın
Son müraciət tarixi: 05.07.2018
Qeyd: Enactus (Entrepreneurial Action Us) beynəlxalq proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulub. Azərbaycan 2005-ci ildən “Enactus” proqramına qoşularaq Dünya Kubokları yarışlarında iştirak etmək hüququ qazanıb. Dünya üzrə “Enactus” proqramına 50-ə yaxın ölkə, 1600-dan çox ali təhsil müəssisəsi və 50000-dən çox tələbə qoşulub.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Enactus UNEC” komandası bu günə qədər 3 dəfə ölkə çempionu olaraq, Azərbaycanı Fransa, Sinqapur və İngiltərədə keçirilən Dünya Çempionatında təmsil edib.