Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan HES-SO Ali İdarəetmə Məktəbi ARC UNEC tələbələri üçün təqaüdlü mübadilə proqramına müsabiqə elan edir.
Ali İdarəetmə Məktəbi UNEC-in magistr tələbələri üçün 1 semestrlik mübadilə proqramı təklif edir. Mübadilə proqramı 2024-cü ilin payız semestrinə nəzərdə tutulub.
İxtisaslar:
-İqtisadiyyat
-Menecment
-Biznesin idarəedilməsi
Mübadilədə iştirak meyarları:
İngilis dilində B2 səviyyəsinə malik magistratura səviyyəsində təhsil alan 1-ci kurs tələbələri
Tələb olunan sənədlər:
-Pasport (olmadığı təqdirdə şəxsiyyət vəsiqəsi)
-CV
-Motivasiya məktubu (ingilis dilində)
-Transkript (75-dən yuxarı ÜOMG)
-Dil sertifikatı (əgər varsa)
Birinci mərhələni keçən UNEC tələbələri ikinci mərhələdə İsveçrə HES-SO İdarəetmə məktəbinin Qəbul komitəsinin heyəti tərəfindən ingilis dilində müsahibəyə dəvət olunacaq və müvəffəqiyyətli olan iki tələbə mübadilədə iştirak etmək haqqı qazanacaq.
UNEC tələbələri üçün təklif olunan imkanlar:
- 950 CHF (təxminən 1700 AZN) məbləğində təqaüd;
- Tibbi sığorta;
Son müraciət tarixi: 2 may 2024
Tələb olunan sənədlər 1 fayl olmaqla .pdf formatda eThis email address is being protected from spambots. You need JavaScript enabled to view it. ünvanına HES-SO başlığı ilə göndərilməlidir.
Son müraciət tarixini keçən tələbələrin sənədləri nəzərə alınmayacaq.