2024/2025-ci tədris ilində UNEC Biznes Məktəbinin MBA proqramında çalışmaq istəyən müəllimlər üçün müsabiqə elan olunur.
MBA Proqramı üzrə tədris praktiki yönümlü aparıldığından seçim zamanı sahə üzrə təcrübəli, İT və maliyyə savadlılığına malik, yüksək pedaqoji keyfiyyətləri və digər bacarıqları olan namizədlərə üstünlük veriləcək.
Tədris azərbaycan, ingilis və rus dillərində təşkil olunur.
Fənlərin SİYAHISI
Müraciət üçün tələblər:
- Magistr dərəcəsi olmalı;
- Xarici universitet məzunlarının diplomu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən tanınmalıdır;
- Elmi dərəcəsi (PhD) olan namizədlərə üstünlük verilir;
- elmi məqalə, dərslik, fənn proqramının müəllifliyi arzu olunandır;
- İngilis bölməsində tədris olunan fənlər üzrə müvafiq (IELTS və TOEFL) dil sertifikatlarına malik olanlara üstünlük verilir;
- İngilis dilində təhsil almış məzunlardan dil sertifikatı tələb olunmur;
- Üstünlük ən azı iki bölmə (azərbaycan, ingilis və ya rus) üzrə tədris apara bilən namizədlərə verilir;
- Əsas iş yerindən razılıq məktubu.
Aşağıda qeyd olunan sertifikat və diplomları olan namizədlərə üstünlük verilir.
Maliyyə fənnləri üzrə: CFA (II və III level)
Uçot fənləri üzrə: ACCA (FA, MA, BL, PM, TX, FR, AA, FM) F1-F9).
Logistika və təchizat zəncirinin idarə edilməsi üzrə: ASCM Certified in Logistics, Transportation, and Distribution (CLTD), ASCM Certified Supply Chain Professional certification (CSCP), SCPro Council of Supply Chain Management Fundamentals və s.
Marketinq üzrə: Google Digital Marketing Certificate, HubSpot Content Marketing Certification, Facebook Blueprint Certification, Hootsuite Social Marketing Certification, Microsoft Advertising Certification, Google Analytics Individual Qualification (IQ), HubSpot Inbound Marketing Certification, SEMrush Academy SEO Toolkit Course, Facebook Certified Digital Marketing Associate, Salesforce Marketing Cloud Social Specialist Certification, Google Ads Certification, Google Search, Display, Video, Shopping Ads, Apps and Analytics, Meta Certification - Facebook, Messenger, Instagram, CIM Certificate (Chartered Institute of Marketing), NIMA Certificate (Netherlands Institute of Marketing) və s.
Maşın və dərin öyrənmə üzrə: TensorFlow Developer Certificate, AWS Certified Machine Learning, Microsoft Certified: Azure AI Engineer Associate, NVIDIA Deep Learning Institute Certifications, Google Cloud Professional Machine Learning Engineer, AI Tensor Flow Developer Specialization (Coursera), Stanford University's CS229: Machine Learning (Coursera), Python Institute Certification (PCAP, PCPP, PCAP-31-02, PCPP-32-1), Microsoft Certified: Python Developer Associate, Google IT Automation with Python Professional Certificate (Coursera), Codecademy Python Certificate və s.
Data analitikası üzrə: Google Data Analytics Professional Certificate, IBM Data Science Professional Certificate, Microsoft Certified: Azure Data Scientist Associate, Cloudera Certified Associate (CCA) Data Analyst, MIT MicroMasters Program in Statistics and Data Science (edX), Harvard University's Data Science Certificate, Dataquest Data Analyst Path və s.
Kibertəhlükəsizlik üzrə: Certified Information Systems Security Professional (CISSP), CompTIA Security+, Certified Ethical Hacker (CEH), Certified Information Security Manager (CISM), Certified Cloud Security Professional (CCSP), Google IT Support Professional Certificate (Coursera), CİSCO Networking Academy Cybersecurity Courses və s.
Qeyd olunan tələblərə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.
Müsahibə mərhələsində namizədlərin aşağıda qeyd olunan fərdi bacarıqları yoxlanılacaq:
- Fənn üzrə sillabus hazırlamaq;
- Nümunəvi dərsin keçirilməsi, tədris zamanı biliklərin auditoriyaya ötürülməsi.
Müraciət üçün sənədlər:
- CV (azərbaycan dilində);
- diplom və diplom əlavəsi (bakalavr və magistr, i.f.d., i.e.d.);
- şəxsiyyət vəsiqəsinin surəti;
- sertifikatlar (əgər varsa).
Sənədlərin verilməsi üçün son tarix: 25.06.2024
Sənədləri təqdim etmək üçün e-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Müraciət edərkən tədris olunacaq fənnin adı emailin mövzu hissəsində qeyd olunmalıdır.
Əlaqə: 012 492 72 11