A

Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü ilin «Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsini rəhbər tutaraq, UNEC Rektorunun 30 dekabr 2023-cü il tarixli 323/1/2023 saylı Əmri ilə 2024-cü ilin «Yaşıl UNEC» (Green UNEC) ili elan olunması ilə bağlı təsdiq olunmuş Tədbirlər Planının icrasını təmin etmək məqsədilə UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi “Yaşıl Dünyanın Qarabağ Modeli” adlı ümumrespublika elmi məqalə müsabiqəsi elan edir.

Müsabiqənin məqsədi ölkənin ali təhsil və elmi-tədqiqat müəssisələrinin professor-müəllim heyətinin, doktorant, dissertant, magistr və tələbələrinin Qarabağın iqtisadiyyat quruculuğunda ekoloji problemlərin və yaşıl dünya konsepsiyasının mahiyyətinin öyrənilməsi, regionun təbii resurslarından qənaətlə istifadə edilməsi, yaşıl enerji infrastrukturunun yaradılması və qlobal ekoloji problemlərin həlli yolları üzrə tədqiqatların aparılmasının təşviq edilməsi və onların müsabiqə əsasında mükafatlandırılmasıdır.

Müsabiqənin əsas istiqamətləri:

  • Qarabağda yaşıl iqtisadiyyat quruculuğunun strateji aspektləri.
  • Qarabağın yaşıl enerji zonasına çevrilməsi prioritetləri.
  • Qarabağın təbii ehtiyatlarından səmərəli və qənaət rejimində istifadə edilməsinin aktual problemləri.
  • Qarabağın ekoloji-iqtisadi sisteminin formalaşdırılması və inkişaf etdirilməsi istiqamətləri.
  • Azərbaycanın COP29 kontekstində qlobal ekoloji problemlərinin həllində rolunun artması məsələləri.

          Mükafatlandırma: 1) professor-müəllim heyəti və 2) doktorant, dissertant, magistr və tələbələr üçün ayrıca nəzərdə tutulur:

  1. Mükafatın məbləği (professor-müəllim heyəti üçün): I yer - 500 azn; II yer – 400 azn; III yer – 300 azn.
  2. Mükafatın məbləği (doktorant, dissertant, magistr və tələbələr üçün): I yer - 400 azn; II yer - 300 azn; III yer - 200 azn.
  3. Hər iki heyət üzrə ilk 10-luğa düşən məqalələrə Sertifikatlar veriləcək.
  4. Komissiya tərəfindən seçilən məqalələr toplu şəkildə elektron-kitab formatında hazırlanacaqdır.

Məqalələrin son göndərilmə tarixi: 20 oktyabr 2024-cü il

Müsabiqənin nəticələri: 2024-cü il noyabr ayın 1-də elan olunacaqdır.

Mükafatlandırma tədbiri: 04-06 noyabr 2024-cü il tarixində, “8 Noyabr – Zəfər günü” ərəfəsində keçiriləcəkdir.

Təşkilatçılar: UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirlməsi və Təşkili şöbəsi və UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi

Məqalələrə qoyulan tələblərlə tanış olmaq üçün aşağıda qeyd olunan linkə keçid edə bilərsiniz.

ƏTRAFLI

TOP XƏBƏRLƏR