UNEC Xanım Tədqiqatçılar Şurası və Birləşmiş Krallığın Linkoln Universitetinin birgə təşkilatçılığı ilə tədqiqat metodları və keyfiyyətli elmi nəşrlərə həsr olunan təlimlər keçiriləcək.

Təlimlər Linkoln Universitetinin sahibkarlıq üzrə müəllimi, dosent Afsaneh Bagheri tərəfindən aparılacaq. Müxtəlif sahələr üzrə tədqiqat aparan tədqiqatçılar qoşula bilər, iştirak ödənişsizdir.

Təlimlər mart ayının sonu, aprelin əvvəli üçün nəzərdə tutulub.

Qeydiyyat üçün UNEC Xanım Tədqiqatçılar Şurasının rəhbəri Nərgiz Hacıyeva ilə əlaqə saxlaya bilərsiniz.  
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ƏTRAFLI

TOP XƏBƏRLƏR