Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və audit kafedrasının dosenti Flora Kaşıyeva Bakı şəhəri 1, 8, 46, 116 və 210 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri ilə görüşüb.
UNEC-i abituriyentlərə yaxından tanıtmaq məqsədilə təşkil olunan görüşlərdə məktəblilərə universitetin fakültələri, ixtisaslar, əyani və qiyabi təhsil, filiallar, elektron universitet modeli, ikili diplom və mübadilə proqramları, xüsusi təqaüdlər və s. barədə geniş məlumat verilib. Məktəblilər “UNEC-də bir gün” layihəsində iştirak etməyə dəvət olunublar.
Görüşdə UNEC barədə videoçarx da nümayiş etdirilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.