A

UNEC-in 95 illiyinə həsr olunan silsilə tədbirlərlə əlaqədar Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) nümayəndəsi və tələbələri Sumqayıt şəhərində yerləşən Təbiət Elmləri Təmayüllü Gimnaziyasında abutruyentlərlə görüş keçiriblər.

Görüşdə Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tyutoru Aygün Məmmədova UNEC barəsində, universitetə qəbul şərtləri və tələbə olduqları təqdirdə hansı üstünlüklərə malik olacaqları haqqında  geniş təqdimat ilə çıxış edib.

Həmçinin, həmin gimnaziyanın məzunları və hazırda ISE tələbələri olan Ziya Hüseynov, Rəsul Həsənov və Cəfər Musayev abituriyentlərə tələbə olduqdandan sonra hansı bilik və bacarıqlar əladə etdiklərini, Monplye təcrübələrini və gələcək planları barəsində öz təəssüratlarını ətraflı bölüşüblər.

Sonda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay