A

UNEC-in “Elm gösəldir: məktəbdən elmə” layihəsi çərçivəsində “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedarsının əməkdaşları, professor Rəsul Balayev, dosentlər Təranə Əliyeva və  Musa Musayev Sumqayıt şəhər N.Gəncəvi adına Texniki və Təbiət elmləri liseyində buraxılış siniflərinin 50-dən artıq şagird və pedaqoji heyət üzvləri ilə görüş keçirib.

Təranə Əliyeva tədbir iştirakçılarına layihənin məqsədi barədə ətraflı məlumat verib. O, Azərbaycanın dövlət siyasətinin mühüm tərkib hissəsi olan elm və təhsilin Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində daha da inkişaf etdirilməsi və keyfiyyətcə yeni təhsilə nail olunması yolu ilə gənc nəslin elmə olan marağının stimullaşdırılması istiqamətində həyata keçirilən kompleks islahatlardan söz açıb.

Sonra professor Rəsul Balayev sözünə Nizami Gəncəvinin elm haqqında müdrik sözləri ilə başlayıb. O, Azərbaycan alimlərinin dünya elminə verdiyi böyük töhfələrdən, rəqəmsal texnologiyaların elmin inkişafı üçün açdığı yeni imkanlardan ətraflı danışıb. Universitetlərin də bu işə töhfə verməsi üçün müvafiq layihələrin həyata keçirilməsinin olduqca təqdirəlayiq hal olduğunu bildirib.

Dosent Musa Musayev gənclərin həyatda uğur qazanmasında elmi biliklərin artan rolundan danışaraq, UNEC-in bu istiqamətdə geniş imkanları olduğunu şagirdlərin nəzərinə çatdırıb.

Sonda şagirləri maraqlandıran  sualları cavablandırılıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay