UNEC-in 95 illik yubileyi münasibətilə keçirilən UNEC 95 tədbirləri çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının dosenti Sevda Hacızadə Texniki-Humanitar liseyində, kafedranın baş müəllimi Reyhan Əzizova, müəllimi Hüseyn Məhəmməd 291 saylı Ekologiya liseyində, baş müəllim Şamil Hümbətov isə Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri ilə görüş keçiriblər.
Görüşlərdə şagirdlərə Universitetin və fakültənin infrastrukturu, tədris olunan ixtisaslar, “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının nəzdində olan ixtisasların üstünlüklərindən, UNEC-də tətbiq edilən təhsilin idarəetmə sistemi, akademik təqvim, tədris prosesinin və imtahanların təşkili, həyata keçirilən təqaüd, mübadilə və beynəlxalq ikili diplom, UDİD və MİNOR proqramları, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, fəaliyyət göstərən tələbə təşkilatları və s. barədə ətraflı məlumat verilib. Şagirdlər “UNEC-də bir gün” layihəsində iştirak etməyə dəvət olunublar.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.