Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyinə həsr edilmiş tədbirlər planına uyğun olaraq Biznes və menecment fakültəsinin dekanı dosent Mirağa Əhmədov və “Biznes və logistika” kafedrasının müdiri dosent Məhəmməd Əliyev “Azərbaycan məktəblərində 95 görüş” aksiyası çərçivəsində Tərtər şəhəri Əsəd Məmmədov adına 1 və 2, 5, 6 saylı tam orta məktəblərin yuxarı sinif şagirdləri ilə görüşüblər.
Görüş zamanı şagirdlərə Universitetin və fakültənin infrastrukturu, tədris olunan ixtisaslar, UNEC-də tətbiq edilən təhsilin idarəetmə sistemi, akademik təqvim, tədris prosesinin və imtahanların təşkili, həyata keçirilən təqaüd, mübadilə və beynəlxalq ikili diplom, UDİD və MİNOR proqramları, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, tələbə təşkilatları və s. barədə ətraflı məlumat verilib.
Sonda abituriyent maraqlandıran suallar cavablandırılıb.