Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi münasibətilə təşkil olunan “Azərbaycan məktəblərində 95 görüş” aksiyası çərçivəsində UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin əməkdaşları Yasamal rayonunun 175 və 176 nömrəli tam orta məktəblərində yuxarı sinif şagirdləri ilə görüş keçiriblər.
Görüşdə “Humanitar fənlər” kafedrasının müdiri, professor Vəkil Həsənov və kafedranın dosenti Validə Əliyeva iştirak ediblər.
Tədbir zamanı məktəblilərə UNEC-in tarixi, fakültələri, ixtisasları, təhsil imkanları, beynəlxalq proqramlar, tələbə həyatı, təqaüd sistemləri, Kitabxana-İnformasiya Mərkəzi və tələbə təşkilatları haqqında ətraflı məlumat verilib.
Görüş interaktiv formada keçib və şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.