A

UNEC Xarici Dillər Departamentinin nümayəndələri Saray qəsəbəsi 2 saylı tam orta məktəbin şagirdləri ilə görüş keçiriblər.

Görüş zamanı UNEC-in tədris imkanları, beynəlxalq layihələri və tələbə mübadilə proqramları barədə ətraflı məlumat verilib. Şagirdlər UNEC-də xarici dillərin tədrisi, ixtisaslaşma imkanları və qlobal əmək bazarına çıxış yolları ilə tanış olublar. Tədbir interaktiv formatda təşkil olunub, məktəblilər onları maraqlandıran suallar verib, müxtəlif təhsil istiqamətləri üzrə fikir mübadiləsi aparıblar. Təqdimat iştirakçıların UNEC-ə olan marağını artırıb və bir çox şagird gələcəkdə UNEC tələbəsi olmağı qarşıya məqsəd qoyduğunu bildirib.

TOP XƏBƏRLƏR