A

UNEC-in 95 illik yubileyi çərçivəsində Türk Dünyası İqtisad fakültəsinin (TUDİFAK) dekanı, Yusif Əliyev və “İqtisadiyyat və İşlətmə” kafedrasının müəllimi Fuad Ağaməmmədli Mil-Muğan Regional Təhsil İdarəsinin əhatə etdiyi Sabirabad rayonunun 1,5, 6 saylı tam orta məktəbləri və 2 saylı beynəlmiləl təbiət və texniki təmayüllü məktəb-liseyində, Saatlı rayonunun 1, 4 saylı və Ali Sədimoğlu adına Smada kənd tam orta məktəbində, həmçinin İmişli rayonunun 1, 3, 5 və 7 nömrəli tam orta məktəblərində keçirilən görüşlərdə abituriyentlərə UNEC-in fəaliyyəti haqqında geniş məlumat veriblər.

Görüşlər zamanı Universitetin tarixi, missiyası, dəyərləri, beynəlxalq reytinqlərdəki mövqeyi, tərəfdaş ali təhsil müəssisələri, akademik heyəti, infrastrukturu, tədris olunan ixtisaslar və təhsilin idarəetmə sistemi haqqında təqdimatlar olub. Şagirdlərə akademik təqvim, tədris və imtahan prosesi, təqaüd və mübadilə proqramları, beynəlxalq ikili diplom, UDİD və MİNOR proqramları, UNEC-in tələbə təşkilatları, “Bir pəncərə” xidməti və 24 saat Kitabxana və informasiya mərkəzinin fəaliyyəti barədə də ətraflı məlumat verilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR