A

Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov, “Biznes və logistika” kafedrasının dosenti Pikəxanım Xudiyeva və UNEC-ə 600-dən yuxarı bal toplayaraq qəbul olmuş tələbələr Hüseynəli Mehdiyev və Nəzrin Mustafayeva Kaspi Təhsil Mərkəzində abituriyentlərlə görüşüblər.

Görüş zamanı abituriyentlərə UNEC-in təhsil imkanları, imtahan prosesi, xarici universitetlərlə ikili diplom proqramları, UDİD proqramı, xüsusi təqaüdlər, tələbələrin sosial həyatı, elektron kitabxana və s. barədə ətraflı məlumat veribilib.Həmçinin abituriyentlərin marağına səbəb olan UNEC-in fəaliyyətini əks etdirən videoçarx da nümayiş etdirilib.

Kaspi Abituriyent Mərdəkan nümayəndəliyinin direktoru Gülnurə Ağayeva, qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin böyük əksəriyyətinin seçiminin UNEC olduğunu qeyd edərək bu ali təhsil müəssisəsinin təhsil keyfiyyətinə və tələbə yönümlü mühitini yüksək qiymətləndirdiklərini bildirib.

Sonda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay