A

UNEC Rus İqtisad Məktəbinin direktor müavini Anar Eyyubov, “Tətbiqi iqtisadiyyat” kafedrasının proqram rəhbəri, dosent Mehriban Səmədova və iqtisad üzrə fəlsəfə doktoru, müəllim Nəzirə Hüseynova “Evrika” liseyinin yuxarı sinif şagirdləri ilə görüş keçiriblər.

Görüş zamanı UNEC-in müasir tədris imkanları, tələbələr üçün yaradılan şərait və mövcud imkanlar barədə ətraflı məlumat verilib. Abituriyentlərə iqtisadiyyat sahəsi, eləcə də ayrı-ayrı ixtisasların xüsusiyyətləri və cəlbediciliyi diskussiyalı formatda izah olunub.

Liseyin direktoru Ofeliya Muradova məktəbin məzunları arasında UNEC-i seçənlərin sayının çox olduğunu vurğulayaraq, abituriyentlərlə keçirilən bu maraqlı və səmimi görüşə görə təşəkkürünü bildirib.

Sonda şagirdlərin UNEC-dəki tədris şərtləri, əcnəbi vətəndaşların təhsil imkanları və digər mövzularla bağlı sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR