A

UNEC-in Biznes və menecment fakültəsinin nümayəndələri və fəal tələbələri Abşeron rayonu, Fatmayı kəndində yerləşən Dadaş Bünyadzadə adına tam orta məktəbin şagirdləri ilə görüşüblər.

Görüşdə fakültənin katibi, i.f.d. Elxan Salayev, “Biznes və logistika” kafedrasının müəllimi Ayaz Tağıyev, tələbə-dekan Gülay Abdullayeva və fəal tələbə Ceyhun İsmayıl iştirak ediblər.

Fakültə katibi Elxan Salayev və Ayaz Tağıyev şagirdlərə UNEC-in təhsil imkanları, qəbul və imtahan prosesi, xarici universitetlərlə ikili diplom proqramları, UDİD, xüsusi təqaüdlər, tələbələrin sosial həyatı və elektron kitabxana barədə ətraflı məlumat veriblər. 

Sonra tələbə-dekan Gülay Abdullayeva UNEC-də fəaliyyət göstərən tələbə təşkilatları, fəal tələbə Ceyhun İsmayıl isə universitetdə tələbələrin sosial həyatı, həmçinin “TEDx” və “Science Slam” kimi tədbirlər haqqında ətraflı danışıblar.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR