A

UNEC-in Mühəndislik fakültəsində fakültənin fəxri məzunu Elxan Mikayılovla görüş təşkil edilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri, fakültənin 2005-ci il məzunu iqtisad üzrə fəlsəfə doktoru Elxan Mikayılov görüşdə tələbələrə müasir dövrdə baş verən proseslər, uğurlu karyeranın qurulması yolunda zəruri olan biliklər, şəxsi keyfiyyətlərin formalaşdırılması prosesindən, iş dünyası ilə əlaqələrin qurulmasından, sosial əlaqələrin qurulması, vaxtın səmərəli idarə edilməsi, həmçinin hədəflərin düzgün müəyyən edilməsindən, vacib olan baza biliklərindən başqa yeni qanunvericilik aktlarının daima izlənməsindən söhbət açıb.

 Beynəlxalq qida standartlarının yeni versiyalarını araşdırmağı, ümumiyyətlə bir tədqiqatçı kimi məsələlərə yanaşmaqları ilə də bağlı faydalı tövsiyələrini verən qonaq, daha sonra geniş təqdimatla çıxış edərək, qida təhlükəsizliyi sahəsində həyata keçirilmiş islahatlar, hüquqi baza, AQTA-nın fəaliyyət prinsipləri, istiqamətləri, sahələri, qida təhlükəsizliyinə nəzarət, agentlik tərəfindən verilən icazə sənədləri, təşkilati idarəetmə sistemi, həyata keçirdikləri yoxlama və nəzarət tədbirləri və s. məsələlər haqqında görüş iştirakçılarını məlumatlandırıb.  

Həmçinin Elxan Mikayılov “Qida mühəndisliyi” ixtisası üzrə mövcud laboratoriyalar və elmi-tədqiqat infrastrukturu ilə də tanış olub.

Sonda qonaq tələbələri maraqlandıran sualları cavablandırıb.

TOP XƏBƏRLƏR