A

Mayın 21-də UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin “ISE Economic Talks” layihəsində növbəti müzakirə keçiriləcək.

UNEC-in tələbələrin populyar iqtisadi platforması olan “ISE Economic Talks”da “İnnovasiya fəaliyyətləri və Qlobal Dəyər Zəncirində iştirak vasitəsilə qlobal əlaqələrin genişləndirilməsi” mövzusu müzakirə olunacaq. Mövzu barədə "Beynəlxalq İqtisadiyyat" (ingilisdilli) kafedrasının müəllimi Təhmasib Əlizadə çıxış edəcək. Müzakirədə son illər dünyada, xüsusilə də OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələrində əmək məhsuldarlığında müşahidə olunan eniş təhlil ediləcək. Eyni zamanda, ölkələrin buna qarşı tətbiq etdikləri yeni siyasətlər, innovasiya fəaliyyətləri, Qlobal Dəyər Zəncirində iştirakı təhlil ediləcək. Bu fəaliyyələrin real nəticələr əldə edə bilməsi üçün mühüm olan Araşdırma və İnkişaf (A&İ) fəaliyyətləri, azad ticarətin genişləndirilməsi, birbaşa xarici invesitisiyaların artırılması və digər siyasətlər müzakirə ediləcək.

“ISE Economic Talks”ın görüşü UNEC-in əsas tədris binasında yerləşən Karyera Mərkəzində (otaq 200), saat 14:30-da keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR