A

“Həftənin kitabı” bu buraxılışını Ulu öndər Heydər Əliyevin anadan olmasının 102 – ci ildönümünə həsr edərək, “Azərbaycan – Çin (1993 – 2003). PREZİDENT SALNAMƏSİ” kitabını təqdim edir.

Kitabın müəllifi Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasovdur.

Kitabda Ümummilli lider Heydər Əliyevin 1993-2003-cü illər ərzində Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı sahəsində çıxışları, bəyanatları, müsahibələri, məktubları və müraciətləri öz əksini tapıb.

“Azərbaycan – Çin (1993 – 2003). PREZİDENT SALNAMƏSİ” UNEC-in 24/7 kitabxanasından, eləcə də digər kitabxanalardan əldə etmək mümkündür.

TOP XƏBƏRLƏR