A

“Həftənin kitabı” layihəsi bu buraxılışında “Datalogiyaya giriş və Süni İntellekt” kitabını təqdim edir.

Kitabın müəllifləri Əsgər Məmmədli və Ümid Süleymanovdur.

Dərs vəsaiti kompüter texnologiyaları sahəsində ixtisaslaşan mütəxəssislərə data elmi və süni intellektin əsasları haqqında sistemləşdirilimiş biliklərin təqdim edilməsi məqsədilə hazırlanıb. Həmçinin, kitab datanın emalı, vizuallaşdırılması, saxlanılması, maşın öyrənmə üsulları, süni intellekt konsepsiyası, neyron şəbəkələrindən istifadə kimi praktiki əhəmiyyətli mövzuları əhatə edir.

Qeyd edək ki, kitab Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Elmi Şurasının qərarı ilə nəşr edilib.

“Datalogiyaya giriş və Süni İntellekt” kitabı 2023-cü ildə “CN POLİQRAFİYA”da çapdan çıxıb. Dərs vəsaiti 82 səhifədir. Oxucu-istifadəçilər kitabla UNEC KİM-in 24/7 və bütün kitabxanalarında yaxından tanış ola bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay