“Həftənin kitabı” layihəsi bu buraxılışını “Şəhərsalma və Memarlıq ili”nə həsr edərək “Tarix yaşadan binalar” kitabını təqdim edir.
Kitabın müəllifi tarix elmləri üzrə fəlsəfə doktoru, alim, “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin (QHT) təsisçisi və sədri, bir çox dövlət mükafatlarına layiq görülən Dilarə Nağıyevadır. Müəllif bu kitabını babası Ağa Musa Nağıyevin 175 illik yubileyinə ihtaf edib.
Kitabda neft sənayenin nəhənglərindən biri - milyonçu-tərəqqipərvər, tacir və mesenat - xeyriyyəçi Ağa Musa Nağıyevin adını daşıyan, xalqına miras qalan, bu gün də istifadədə olan tikdirdiyi 98 binanın, həqiqətən, tarixi yaşatmasından bəhs edilib. Həmçinin, kitabda ölkədə neft, dənizçilik, qida sənayenində milli kadrların yetişdirilməsində, bank sektorunun, incəsənətin, təhsilin inkişafı sahəsində onun gördüyü diqqətə layiq işlər, vətənpərvərlik fəaliyyəti dərin hörmətlə işıqlandırılıb.
“Tarix yaşadan binalar” kitabı 2024-cü ildə “Elm” nəşriyyatında çapdan çıxıb. Kitab 504 səhifədir.Oxucu-istifadəçilər kitabla UNEC KİM-in 24/7 və 3 saylı kitabxanasında yaxından tanış ola bilərlər.