A

UNEC-in kitabxanası “Həftənin kitabı” layihəsində oxuculara “Ekonometrika” dərsliyini təqdim edir.

Ceyhun Abbasovun müəllifi olduğu dərs vəsaitinin elmi redaktoru professor Yadulla Həsənlidir.

Çağdaş dövrün ən gənc elm sahələrindən biri sayılan ekonometrikaya həsr edilən dərs vəsaiti UNEC və Bakı Mühəndislik Universitetində “Statistika”, “Ekonometrika” fənlərinin tədrisi prosesində və müəllif tərəfindən tələbələrin kursu mənimsəmə xüsusiyyətləri və onların mövzulara reaksiyaları nəzərə alınaraq hazırlanıb. Qeyd edək ki, Ceyhun Abbasov kitabın ərsəyə gəlməsində dünyanın və Azərbaycanın bu sahədə tanınmış alimlərinin yazdıqları bir çox kitab, elmi əsər və məqalələrdən yararlanıb.

Kitab iqtisad yönlü ixtisaslarda bakalavr və magistr pillərində təhsil alan tələbələr üçün nəzərdə tutulsa da, doktorant və tədqiqatçılar üçün də faydalıdır.

2017-ci ildə çapdan çıxan kitabı UNEC-in kitabxanasından əldə edə bilərsiniz. 

TOP XƏBƏRLƏR