“Həftənin kitabı” bu həftə oxuculara “Sosial elmlərdə keyfiyyət tədqiqat metodları” kitabını təqdim edir.
Kitabın müəllifləri tanınmış tədqiqatçı-alimlər Hovard Lyun və Bryus L. Berqdir.
Kitabda kifayət qədər təcrübəsi olmayan tədqiqatçılara keyfiyyət məlumatlarını necə tərtib etməyi, toplamaq və təhlil etməyi və nəticələrini elmi ictimaiyyətə təqdim etməyin metod və qaydaları öyrədilir.
Müəlliflər bu kitab vasitəsilə oxuculara tədqiqatın planlaşdırılması, layihələrinin həyata keçirilməsi və nəticələrin qiymətləndirilməsi prosesinə yardım etməyi hədəfləyirlər. Hər bir fəsildə tədqiqat forması ilə bağlı yaranan suallara ən yaxşı və ən pis yanaşma nümunələri, eləcə də yanaşmanın uğurlu olub-olmaması ilə bağiı müzakirələr təqdim olunur.
“BP Azərbaycan” şirkətinin dünyaca məşhur akademik kitabların tərcümə edilməsinin sosial layihəsi çərçivəsində bu kitabının ingilis dilindən Azərbaycan dilinə tərcüməsi Zəhra Cəfərovaya aiddir.
256 səhifəlik “Sosial elmlərdə keyfiyyət tədqiqat metodları” dərs vəsaiti “TEAS PRESS” nəşriyyatında 2021-ci ildə çapdan çıxıb. Oxucu-istifadəçilər əsəri UNEC-in 24/7 Kitabxanasından, eləcə də bütün tədris binalarında olan UNEC kitabxanalarından əldə edə bilərlər.