“UNEC istedadları” layihəsində Türk dünyası işlətmə fakültəsinin III kurs tələbəsi Əminə Məmmədovanı tanıyacaqsınız.
Əminə 1998-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 144 saylı tam orta məktəbdə alıb. UNEC-də beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan Əminə məktəb yaşlarından şəxsi bizneslə məşğul olmağı arzulayıb. O, atçılıq idmanının konkur növü ilə də məşul olur.
Ağacdan maraqlı dekorasiya və portretlər hazırlayan Əminə bu sahəyə getdikcə daha çox bağlanır. Hazırladıqları əl işlərini sosial şəbəkələrdə paylaşan UNEC tələbəsi məhsullarının maraqla qarsalandığını görür. O, bu işə daha professional yanaşaraq, “Küknart” adlı brendini yaradır və məhsullarını bu brendlə tanıdır. Əminə qoz, şam, fısdıq, şabalıd ağaclarından müxtəlif məişət əşyaları, kitab rəfləri, dekorasiyalar hazırlayır. Eyni zamanda ağac üzərində portretlər də işləyir.
Əminə gələcəkdə öz ixtisasını davam etdirməklə yanaşı yaratdığı brendini də dünyada tanıtmağı planlaşdırır.
Əminə Məmmədovanın əl işlərini onun facebook və instagram hesabından izləyə bilərsiniz.