“UNEC istedadı” layihəsində Nicat Tarverdiyevi təqdim edirik:
Nicat Tarverdiyev 1997-ci il iyulun 25-də Bakıda anadan olub. Orta təhsilini 47 saylı tam orta məktəbdə alıb. 2014-cü ildə UNEC-ə qəbul olub, hazırda Rus İqtisad Məktəbinin 4-cü kurs tələbəsidir.
Nicat hələ məktəbli olarkən incəsənətə böyük maraq göstərib. UNEC-ə daxil olduqdan sonra Nicat bu marağının ardınca gedərək universitetin Şən və Hazırcavablar Klubunun (ŞHK) üzvü olub. Daha sonra isə o, öz ŞHK-nu yaradaraq, komandanın kapitanı olur, yarışlarda iştirak edir.
Zamanla Nicat aktyorluğa daha çox həvəs göstərir və o, UNEC-in Yaradıcılıq Mərkəzinin hazırladığı “Əsirlikdə bir gun”, “İki cahan”, “Yarımçıq qalmış” tamaşalarında baş rolları ifa edir. Nicat hazırda UNEC-in Yaradıcılıq Mərkəzinin teatr truppasının rəhbəridir.
UNEC istedadı Gənclər və İdman Nazirliyinin keçirdiyi tədbirlərdə də fəal iştirak edir. O, Yunanıstanın Dio səhərində yerləşən akroplda nazirliyin təşkil etdiyi “Xeyir və Şər” tamaşasında iştirak edib. Xəzər Universitetinin dəvəti ilə "Yeddi gözəl", "Leyli və Məcnun" və digər tamaşalarda baş rolları canlandırıb.
Nicat “Te dua” film şirkətində baş menecer kimi fəailiyyət göstərir. Özünü film sahəsində də sınayan UNEC tələbəsi “Faili meçhul” adlı dedektiv janrında tammetrajlı filmdə baş rola çəkilir.
Nicatin ən böyük arzularından biri “UNEC teatrı”nı yaradaraq, dünyanın hər yerində universitetin istedadlı tələbələrinin ifasında tamaşalar təqdim etməkdir.