UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 18 Oktyabr- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş şahmat turniri keçirilib.
22 nəfər tələbə arasında qalibiyyət uğurunda keçirilən mübarizənin nəticəsində ilk üç yerin sahibi müəyyənləşib. Qaliblər aşağıdakı kimidir:
I yer-Biznes və menecment fakültəsinin Namiq Xəlilov
II yer-Rus İqtisad Məktəbinin tələbəsi Rasim Məmmədzadə
III yer-Maliyyə və mühasibat fakültəsinin Əli Tarverdiyev
Qaliblər UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev tərəfindən medal, diplom və dəyərli hədiyyələr ilə mükafatlandırılıblar.
Qalibləri təbrik edirik!